Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib

Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib

19 Mart 2020 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.

Oxuməni.az-ın verdiyi məlumata görə , koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.

Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək, onların vətənə qayıtması xərcləri qarşılanıb.

Oxuməni.az