Faiq Ələkbərlinin Azərbaycan Türk fəlsəfi fikir tarixinə aid kitabı nəşr olunub

Faiq Ələkbərlinin Azərbaycan Türk fəlsəfi fikir tarixinə aid kitabı nəşr olunub

14 İyul 2020 10:41
Bəyəndim (2) Bəyənmədim (0)

Bu günlərdə Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini, eyni zamanda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı monoqrafiyasının ikinci hissəsi “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Bu barədə mətbuata açıqlama verən F.Ələkbərli bildirib ki, kitabın 2-ci bölümündə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif kitabda Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, F.b.Köçərli, Ə.Tobçubaşov, M.B.Məhəmmədzadə, Ü.Hacı¬bəyli, N.Yusifbəyli, H.Bayqara və başqaları); 2) Marksizm-leninizm ideologiyası: milli təma¬yül¬çülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüs¬eyn¬ov, C.Nağıyev və başqaları); 3) Milli maarifçilik fəlsəfəsi: realizm və roman¬tizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları). Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə ma¬raq-lananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur. Kitabın elmi redaktoru dosent, f.ü.f.d. Zeynəddin Şabanov, rəyçiləri isə prof. Əlikram Tağıyev və dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir. F.Ələkbərli hazırda kitabın 3-cü hissəsi üzərində işlədiyini və bu bölümdə 20-ci əsrdə Azərbaycanın güneyində yaşamış mütəfəkkirlərin irsini tədqiqata cəlb etdiyini ifadə edib. Qeyd edək ki, bu kitab F.Ələkbərlinin sayca dördüncü əsəridir. Buna qədər onun “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” (Bakı, “Elm”, 2007), Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış". I hissə. (Bakı, “Təknur”, 2011),Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış". II hissə. (Bakı, “Elm və Təhsil”, 2014), Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq (Bakı, Xan nəşriyyatı, 2017), Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I hissə. (Bakı, Elm və təhsil, 2018) kitabları və monoqrafiyaları nəşr olunub. Eyni zamanda, F.Ələkbərliinin iki kitabı (Muhammed Emin Resulzadenin Dünya Görüşü. Konya (Türkiye), Buğra Yayın Evi, 2014; Turan Uyğarlığına Giriş: Turan Mefkuresi ve Tanrıcılık. Ankara, Astana Yayın Evi, 2020) Türkiyə türkcəsində qardaş ölkə Türkiyədə işıq üzüq görmüşdür.

Oxuməni.az