Bəxtiyar Vahabzadənin "Səhvlərim, səhvlərim" şeirinə videoçarx hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi ilə əlaqədar şairin "Səhvlərim, səhvlərim" şeirinə videoçarx hazırlayıb.
Oxuməni.az xəbər verir ki, şeiri kitabxananın şöbə müdiri Aysel İsmayılova səsləndirib.
Azərbaycan poeziyasının, dramaturgiyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Bəxtiyar Vahabzadə dilimizin poetik imkanlarından məharətlə bəhrələnərək fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar da bəstələnib.
Oxuməni.az
Digər xəbərlər





























































































