Professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

Professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

18 Avqust 2020 15:55
Bəyəndim (2) Bəyənmədim (0)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.

Oxuməni.az-a Nazirlikdən bildirilib ki, yubiley tədbirləri çərçivəsində avqustun 25-26-da zoom proqramı vasitəsilə beynəlxalq videokonfranslar təşkil olunacaq. Konfranslarda Azərbaycan arxeologiyası, onun orta əsrlər mərhələsi, şəhər mədəniyyəti, Qafqaz Albaniyası, Girdiman vilayəti, qala istehkamları, orta əsr sənətkarlığı, dini xatirə kompleksləri mövzularında müzakirələr aparılacaq.

Oxuməni.az