Dövlət Rəsm Qalereyasının əməkdaşları onlayn görüşlərini davam etdirir
Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi araşdırma və innovasiya” şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallı ilə Qazax Dövlət Rəsm Qalereyasının onlayn görüşü olub.
Oxuməni.az-a Dövlət Rəsm Qalereyasından bildirilib ki, görüşdə Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvləri iştirak ediblər. Onlayn söhbətin əsas mövzusu “Ümumi incəsənət anlayışı və müasir Azərbaycan rəssamlığı” olub. Vagif Muğallı çıxış edərək, ümumi incəsənət və müasir Azərbaycan rəssamlığı haqqında danışaraq son 100 illikdəki rəssamlıq sənətinin inkişaf mərhələləri və görkəmli nümayəndələrindən söz açıb.
Müzakirə formatında keçən görüşdə daha sonra sənətşünas, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşlarına və dərnək üzvlərinə öz tövsiyələrini verib.
Oxuməni.az





























































































