Poeziya

Poeziya

10 Sentyabr 2020 11:05
Bəyəndim (6) Bəyənmədim (0)

MiraslanBağırov

Gedəcəyəm mən

Bu gözəl torpağı, eli, obanı,
Həmışə sevmişəm, sevəcəyəm mən.
Sinəmdən püskürən odu, vulkanı,
Tanrı söndürəndə, öləcəyəm mən.

Hamının ağrısı mənlik olubdu,
Əlimlə əkdiyim güllər solubdu.
Dünya boşalıbdı, dünya dolubdu,
Nə vaxtsa sevinib, güləcəyəm mən?!

Başıma ələnən çənə, qara bax,
Kədər, qüssə çəkir məni dara,bax.
Düşmən tapdağında doğma Qarabağ,
Haçan görüşünə gələcəyəm mən?!

Miraslan Rasimin yekdir arzusu,
Gələcək bağışlar biztək arsızı?!
Toplaşsın igidi, cümlə qazisi,
Döyüşə lap öndə gedəcəyəm mən!

Dəyməz

Yığsan bu dünyanın var-dövlətini,
Bir körpə gözünün yaşına dəyməz.
Toplasan yad yerin zər,zinətini,
Vətənin bir qırıq daşına dəyməz.

Qərib anlar, vətənsizlik dərdini,
Nankor bilməz el-obanın qədrini.
Yad əl ha dəmləsin, süzsün “sədri”ni,
Qarabağın plov, aşına, dəyməz.

Vətən ər kişinin ruhu, ,
Vətən hər kişinin axan qanıdır.
Mərd oğullar vətənin ad-sanıdır,
Düşmənin dərisi qurşuna dəyməz.

Miraslan hər sözdə gəzər hikməti,
El bir olsa, olar qərarı qəti.
Yaşasın, var olsun bu Türk milləti,
Bədxahları hürər boşuna, dəyməz.

Olsun

Dalaşanda el dalaş,
Barışmağa üzün olsun.
Son sözünü öncə demə,
Danışmağa sözün olsun.

İncitmə eli,obanı,
Söndürmə yanan sobanı.
Dinlə, qohum-əqrəbanı,
Dostu görən gözün olsun.

Təklik sarsıdar insanı,
Təkəbbür udar insanı.
Ayaqlama qarışqanı,
Mərhəmət tərəzin olsun.

Dünya fani, vəfasızdı,
Ömrə xoş əməllər yazdı.
Əl tutanda, denən azdı,
Səxavət “mərəzin” olsun.

Seçmə küdurəti, kini,
Olma cəhənnəm sakini.
Sev xalqını, sev ölkəni,
Düşmənlə qərəzin olsun.

Miraslan dil açan sazdı,
Qələbəmiz qaçılmazdı.
Ölsən də, dərdin olmazdı,
Bu zəfərdə izin olsun!