Poeziya

Poeziya

11 Sentyabr 2020 12:40
Bəyəndim (7) Bəyənmədim (1)

Aybəniz Allahverdiyeva



Sevgi qürurum


Bu payız ömrümə qonaq ğəlmisən,
Sevğimlə könlünü ovutmaq üçün.
Ötən keçmişimdən soraqdır səsin,
Dərdimi, sərimi unutmaq üçün.


Qayğısız körpətək fərəhlənirsən,
Oyuncaq vüsalım ovudur səni.
Payızda köç edən durnalar kimi,
Ayrılıq qoxusu qorxudur səni.

İsti yuva olub qəlbim səninçün,
Səni bu yuvandan necə uçurum?
Sənə, ğet deməyə yetməyir gücüm,
Səni yad əllərə vermir qürurum.


Salamat qalın


Ari beçə verdi, balın görmədim,
Nar çiçəyin gördüm, narın görmədim.
Gül-çiçək becərdim, barın görmədim,
Bağlara deyim ki, salamat qalın.

Yoxuşu qalxanda titrəyir dizim,
Qurtarıb taqətim, qalmayıb dözüm.
İçib çeşməsindən, doymayıb gözüm,
Dağlara deyim ki, salamat qalın.

Dostların içində çoxdur doğmalar,
Bəzən yaxın olur, doğmadan yadlar.
Dəyişir simalar, yadlaşır adlar,
Yadlara deyim ki, salamat qalın.

Var-dövlətim yoxdur, varı böləsən,
Sayıb övladlara yarı böləsən.
Öləndə də yarı görüb, öləsən,
Dostlara deyim ki, salamat qalın.

Deməyin ki, sizdən doyub gedirəm,
İki övladımı qoyub gedirəm.
Əbədi dünyamı duyub gedirəm,
Sağlara deyim ki, salamat qalın.


Ey könül

Görsən ki, yetişib ayrılıq dəmi,
Doldurma içinə nisgili, qəmi.
Qəmli gözlərində gözünün nəmi,
Sevgiylə dillənən dillər vəfasız.

Gözləmə bir daha sevdalar məndən,
Sən çox zilə qaxdın, mən dedim bəmdən.
İndi uzaqlara gedirəm səndən,
Gözlədiyin aylar, illər vəfasız.

Sonunda boş qalar, əlin də əlsiz,
Bir ömür sonuna yetişər sənsiz.
Yolumu gözləyər səssiz, səmirsiz,
Yollara dikilən gözlər vəfasız...