Məşhurlar  Facebook və Instagram-ı çərşənbə günü  boykot ediblər

Məşhurlar Facebook və Instagram-ı çərşənbə günü boykot ediblər

16 Sentyabr 2020 14:10
Bəyəndim (2) Bəyənmədim (0)

Beynəlxalq səviyyədə İnstaqram və Facebook-un fəaliyyətindən narazılıq onların fəaliyyətinin dünyanın tanınmış simaları tərəfindən bir günlüyə boykot edilməsinə gətirib çıxarıb.

Oxuməni.az-ın Euronevvs-ə istinadən verdiyi xəbərə görə, çərşənbə günü həyata keçirilən boykotda iştirak edənlər arasında məşhur simalar Di Caprio, Jamie Foxx və Michael Jordan, tanınmış musiqiçilər Michael Bublé, aktyor Sacha Baron Cohen və komediya aktyoru Beth Stelling də var.

Aktyor Leonardo Di Caprio ABŞ-dakı mülki hüquq təşkilatlarına qoşulduğunu bildirərək: "Bütün Instagram və Facebook istifadəçilərini bu platformalarda nifrət, irqçiliyin artmasına və demokratiyanın zəifləməsinə etiraz etməyə çağırırıq",- deyib.

Oxuməni.az