“İkinci ömür” – yeni bədii filminin çəkilişinə başlanılıb

“İkinci ömür” – yeni bədii filminin çəkilişinə başlanılıb

30 Noyabr 2020 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ekoloji problemlərdən bəhs edən“İkinci ömür” adlı yeni bədii filmin çəkilişinə başlanılıb.

Filmin ssenari müəllifi Cəlaləddin Qasımovdur. Filmin quruluşçu rejissorlar, Amil Əlioğlu, Cəlaləddin Qasımov, quruluşçu operator Murad Nəzərli, səs rejissoru: Aleksandra İsmayılova, rejissor assistenti isə Bahar Babazadədir. Filmin çəkilişində Əjdər Zeynalov, Flora Hüseynova, Sabir Məmmədov, Rövşən Məmmədov, Amil Əlioğlu kimi aktyorlar iştirak edirlər.

Filmin çəkilişləri Gəncə, Şəmkir, Tovuz və Bakıda aparılır.

Yeni bədii filmin çəkilişi ilə bağlı Oxuməni.az-a açıqlama verən Cəlaləddin Qasımov deyib ki, bədii filmin çəkilişlərinin əksər hissəsi Tovuz rayonunda yaşayış məkanlarından uzaqda yerləşən dağların uca zirvəsində çəkilib: "Təbiətimizin əsrarəngiz gözəlliklərini, gözəl məkanları özündə cəmləşdirən 17 dağin zirvəsində dram janrında çəkilən “İkinci ömür” bədii filmi iqlim dəyşikliyindən, ekologiyanın pozulmasından, insanların saxta qidalar hazırlayaraq xəstəliklərin artıb yayılmasındakı rolundan bəhs edir. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması da filmdə öz əksini tapmışdır. Filmdə baş verən hadisələr gerçək həyatdan götürülüb. Filmin əsas qəhrəmanı sağalmaz xəstəliyə tutulur.O, dünyanı gəzir və xəstəliyinin müalicəsinin olmadığını öyrənir. Bütün həkimlər ona məsləhət görür ki, qalan ömrünü ailəsi, əzizləri ilə birlikdə keçirsin. Amma o, xəstə olduğunu ailəsindən gizlədir və onlardan aralanıb dağlarda yaşayır. O, uşaqlıqa atasını itirir və ağır travma acısını çəkir. Lakin istəmir ki, ailəsi olanları bilib onun çəkdiyi acını çəksin. Həm də istəyir ki, ailəsi indidən onun yoxluğuna alışsın. Onun üçün nə qədər çətin olsa da, o, dağlarda qalıb təmiz havada yaşayır, tər-təmiz bulaqlardan su içib bir müddət oralarda yaşayır və sonda gözlənilməz hadisə olur. O, sonda şəfa tapıb sağalır.

Qeyd edək ki, çəkdiyimiz filmlər dünyada böyük marağa səbəb olur. “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Dünyanın nüfuzlu təşkilatları istehsal etdiymiz filmləri festivallarda nümayiş üçün dəvət edir. Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik".

Murad Şahməmmədov