AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

12 Dekabr 2020 14:24
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.

Oxuməni.az-ın məlumatına görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Oxuməni.az