Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır

Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır

20 Dekabr 2020 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.

Oxuməni.az xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib. Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.

Oxuməni.az