Anar Qabil oğlu Kərimov  Mədəniyyət naziri təyin edilib

Anar Qabil oğlu Kərimov Mədəniyyət naziri təyin edilib

5 Yanvar 2021 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.

Bu sərəncamla “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.

Dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Oxuməni.az