Qazaxıstan latın əlifbasına keçidi sürətləndirir

Qazaxıstan latın əlifbasına keçidi sürətləndirir

29 Yanvar 2021 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Milli Əlifba Komissiyası Baş nazir Askar Maminin sədrliyi ilə toplantı keçirib.

Oxuməni.az xəbər verir ki, iclasda komissiya üzvləri tərəfindən 2023-2031-ci illər arasında ölkədə tədricən istifadə ediləcək latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbası təqdim edilib.

Dilçilik İnstitutu tərəfindən hazırlanan əlifba “bir səs-bir hərf” prinsipinə əsasən hazırlanıb. Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasında 31 hərf var. Ancaq əlifbaya daxil olmayan x və w kimi hərflər xarici mənşəli sözlərdə istifadə ediləcək. Baş nazir Mamin bildirib ki, əlifbanın təkmilləşdirilmiş versiyası qazax dilinin yayılmasına yeni bir təkan verəcək və müasirləşməsinə kömək edəcək.

1940-cı ildən bəri kiril əlifbasından istifadə edən Qazaxıstan 2017-ci ildə tədricən latın əlifbasına keçməyə qərar verib.

Oxuməni.az