Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb

1 Fevral 2021 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova kult.az-a verdiyi açıqlamasında deyib:

“Rəmiş reanimasiyadadır, müalicəsi davam edir. Xəstəxanaya yerləşdirildiyi gün vəziyyəti çox pis idi. Şükür ki, indi yaxşıdır. Evə buraxılacağı tarixi hələlik bilmirik”.

G.Hüseynova bu qayğısına görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.

Qeyd edək ki, səhhəti kəskin pisləşən Rəmişin müalicəsi Mehriban xanım Əliyevanın nəzarətindədir.