Elçin Şıxlı: “Azərbaycan telekanallarına nə baxan var, nə də inanan“

Elçin Şıxlı: “Azərbaycan telekanallarına nə baxan var, nə də inanan“

9 Fevral 2021 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Space TV-nin prezidenti Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib.

Oxuməni.az xəbər verir ki, Vaqif Mustafayevin vəzifəsindən istefa verməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb və bununla bağlı fərqli fikirlər səsləndirilməkdədir. Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı yenisabah.az-a verdiyi açıqlamasında özəl telekanalların işinə qarışmadığını deyib:

“Kimsə işdən çıxarıldıqda buna münasibət bildirməyin tam əleyhinəyəm. Kanalın təsisçisi Vaqif Mustafayevi layiq bilib rəhbər qoymuşdu, indi də lazım bilib çıxarıb. Əgər Space hansısa dövlət kanalı, yaxud ictimai kanal olsa idi, mən fikirlərimi bölüşərdim. Space özəl kanaldır, kimisə işə qəbul edib, çıxarmaq öz işləridir”.

Onun sözlərinə görə cəmiyyətin yerli telekannallara baxmamasına səbəb vaxtilə vəzifədə olan şəxslərin mediaya göstərdiyi ögey münasibətdə görədir:

“Cəmiyyətdə bizim telekanallara qarşı münasibət birmənalı deyil. Bunun kökündə yerli kanallarda doğru-dürüst bir şeyin olmaması dayanır. Jurnalistikadan hansısa əsər-əlamət yoxdur. Son 10-15 ildə bizim ideologiyaya və jurnalistikaya baxan məsul şəxs – Əli Həsənov KİV-i, eləcə də telekannaları bərbad günə qoyub. Ona görə də yerli telekanallara nə inanan, nə də baxan var. Son zamanlar bəzi telekanallar nəsə etməyə çalışır. Bunun üçün də xeyli vaxt lazımdır. Çünki dağıtmaq asandır, amma qurmaq çətin. İslahatlar hər yerdə aparılmalıdır, həm jurnalistikada, həm də cəmiyyətdə. Artıq bu islahatlar yavaş-yavaş gedir”.

Oxuməni.az