Su çərşənbəniz mübarək!

Su çərşənbəniz mübarək!

23 Fevral 2021 13:20
Bəyəndim (5) Bəyənmədim (0)

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Novruz elimizə Su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır. Suya sitayişin davamı kimi axşam tonqalın üstündən hoppanmaq da vacib sayılır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. Hər kəs imkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil. Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.

Bayramınız mübarək!

Murad Şahməmmədov