Məşhur gitara ifaçısı Xalq artisti Rəmiş vəfat etdi

Məşhur gitara ifaçısı Xalq artisti Rəmiş vəfat etdi

5 Aprel 2021 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O, R. Hüseynovun bu gün günorta saatlarında vəfat etdiyini deyib.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.