Niger ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb

Niger ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb

18 Mart 08:36
Bəyəndim (0) Bəyənmədim (0)

Nigerin İranla uran mədənlərinin işlədilməsi barədə imzaladığı anlaşma Vaşinqtonda narazılıqla qarşılanıb. Bu müstəvidə də bir neçə gün əvvəl Nigerə səfər edən dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Moll Fee və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri Maykl Lenqli Nigerə bununla bağlı etirazlarını bildiriblər. Lenqli deyib ki, Nigerdəki uran mədənlərinin işlədilməsi İranın nüvə silahı əldə etməsi prosesini daha da sürətləndirə bilər. Bu isə beynəlxalq aləmə yaxşı heç nə vəd etmir. Lenqli Niger rəhbərliyinə bildirib ki, ABŞ buna yol verməyəcək və bunun onlar üçün də ağır nəticələri ola bilər.

Xatırladaq ki, Nigerin şimalında Amerika pilotsuz uçuş aparatları bazası var. Bazada 1 minə yaxın hərbçi var. Bazanın tikintisinə 100 milyon dollara yaxın vəsait sərf edilib..

Oxuməni.az