Sərçələr bir-bir sayılaraq siyahıya alınacaq

Sərçələr bir-bir sayılaraq siyahıya alınacaq

18 Mart 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda sürətlə azalan sərçələrin sayına görə siyahıyaalma aparılacağı bildirilib. Məlumatı xarici mətbuat yayıb.

Sərçələr bir-bir sayılaraq siyahıya alınacaq. Görüləcək işin bir hissəsi olaraq, Pakistandakı təbiət institutlarının mütəxəssisləri təxminən 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu xüsusi yerlərə diqqət yetirəcəklər.

Siyahıyaalmanın nəticələrinin martın 20-də açıqlanacağını bildirib.

Xatırladaq ki, siyahıyaalmada əsas məqsəd planlaşdırılmamış urbanizasiyanın, ətraf mühitin çirklənməsinin, sərçələrin yaşayış yerlərinin kiçilməsinin və bu quş növünün azalmasına olan səbəblərin dəqiq təhlil edilməsidir.

Oxuməni.az