Prezident seçkilərində qanunu pozanlara qarşı sərt addımlar atılır

Prezident seçkilərində qanunu pozanlara qarşı sərt addımlar atılır

18 Mart 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada keçirilən prezident seçkilərində çoxsaylı qanun pozuntularına yol verilib. Belə ki, bəzi yerlərdə Putin əlejhidarı şəxsləri bəzi yerlərdə seçki məntəqələrini yandırıblar. Bir çox yerlərdə isə seçki məntəqələrinə Molotov kokteylinin atılması, bülletenlərin üzərinə boya tökülməsi, seçki qutularının yaşıl və ya qırmızı boyalarla doldurulması faktları qeydə alınıb.

Nəticədə hüquq-mühafizə orqanları sərt tədbirlərə əl atmağa məcbur olublar. Məsələ ilə bağlı Rusiya Daxili işlər nazirliyi rəhbərinin birinci müavini Aleksandr Qorovoy qanunu pozanların hamısının aşkar edilərək məsuliyyətə cəlb edildiyini deyib. Onun sözlərinə görə, təxribatçılara qarşı qanun çərçivəsində 61 cinayət işi açılıb. Onların hamısı indi etdikləri cinayətə görə, məhkəmə qarşısında cavab verməli olacaqlar.

Oxuməni.az