Putinin Qərbi nüvə şantajı ilə təhdid etməsi davam edir

Putinin Qərbi nüvə şantajı ilə təhdid etməsi davam edir

18 Mart 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Növbəti dəfə prezident seçkilərində qələbə qazanacağı artıq şübhə doğurmayan Rusiyanın dövlət başçısı Vladimir Putin yenidən Qərbə qarşı nüvə təhdidinə əl atıb. O deyib ki, Qərb tərəfindən Ukraynaya canlı qüvvə ilə kömək edilməsi və bu çərçivədə də oraya NATO güclərinin yeridilməsi faktiki olaraq Üçüncü Dünya Müharibəsini qaçılmaz edəcək. Putin əlavə edib ki, söhbət nüvə müharibəsindən gedir.

Xatırladaq ki, Putin prezident seçkilərindən əvvəl də Qərbi dəfələrlə nüvə müharibəsi təhlükəsi ilə təhdid etmişdi. Buna cavab olaraq Fransa prezidenti Emmanel Makron isə demişdi ki, Qərb dövlətlərinin də nüvə silahı var və Putinin təhdidi külünc təsir bağışlayır.

Oxuməni.az