Prezident seçkiləri Rusiya-Moldova münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub

Prezident seçkiləri Rusiya-Moldova münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub

18 Mart 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Kremlin Dnestryanıda seçki məntəqələrini açması Rusiya-Moldova münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub. Bununla bağlı ölkənin bəzi yerlərində Rusiyaya qarşı etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları Rusiyadan Moldovanın daxili işlərinə müdaxiləyə son qoymasını tələb ediblər. Məsələyə Moldovanın siyasi partiyaları da sərt reaksiya veriblər.

Belə ki, Milli Moldova Partiyasının rəhbəri Qalbur Moldova rəhbərliyindən Rusiya səfirini ölkədən qovmasını istəyib. Qalbur Dnestryanıda seçki məntəqələrinin açılmasını Rusiyanın imperiya və faşizm siyasətinin tərkib hissəsi hesab etdiyini deyib.

Bununla bağlı “NewsMaker” portalının verdiyi məlumata görə, Qalburun bir daha ölkə rəhbərliyini qətiyyətli və təcili addımlar atmağa çağırıb.

Oxuməni.az