Özbəkistanda əhalinin siyahıya alınmasına hazırlıq gedir

Özbəkistanda əhalinin siyahıya alınmasına hazırlıq gedir

18 Mart 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistan hökuməti əhalinin siyahıya alınması ilə bağlı bəzi tədbirləri həyata keçirməyə başlayıb. Bu müstəvidə də əhalinin siyahıya alınmasının 2025-2026-cı illərdə reallaşdırılması qərara alınıb. Bu məsul vəzifənin həyata keçirilməsi isə Özbəkistan Prezidenti yanında Statistika Agentliyinə həvalə edilib. Agentlikdən tələb edilib ki, əhalinin siyahıya alınması bu sahədə əldə edilmiş beynəlxalq təcrübəyə əsasən aparılsın.

Buna paralel olaraq Statistika Agentliyinə gələn ilin sonunadək kənd təsərrüfatının da siyahıya alınması ilə bağlı metodiki sənədlərin hazırlanması tövsiyə edilib. Qeyd edək ki, Özbəkistanda əhalinin siyahıya alınması 2022-ci ildə nəzərdə tutulmuşdu. Lakin pandemiya səbəbindən bu məsələ təxirə salındı.

Oxuməni.az