Monqolustan ən ağır günlərini yaşayır

Monqolustan ən ağır günlərini yaşayır

15 Mart 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən kasıb ölkələrindən biri olan Monqolustanın xarici borcları ildən-ilə artmaqda davam edir. Bunu statistik rəqəmlər də sübut edir. Belə ki, son məlumatlara görə bu ilin əvvəlində Monqolustanın xarici borcu 34,6 milyard dollara çatıb.

Bu, 3,5 milyon əhalisi olan kasıb Monqolustan üçün olduqca böyük rəqəmdir və onun haçansa ödənilə biləcəyi ağlabatan görünmür. Xarici borclar isə artmaqda davam edir.

Belə ki, Monqolustanın xarici borcu 2023-cü ilin sonuna qədər illik müqayisədə 3,7 faiz və rüblə müqayisədə 1,7 faiz artaraq 34,6 milyard ABŞ dollarına çatıb.

Monqolustan hər il borc faizləri üçün təxminən 1 milyard dollar ödəməlidir. Bu isə təbii ehtiyatları olmayan və əsasən kənd təsərrüfatı ölkəsi olan Monqolustan üçün heç də asan deyil.

Oxuməni.az