Ukrayna ətrafında vəziyyət ağırlaşmaqda davam edir

Ukrayna ətrafında vəziyyət ağırlaşmaqda davam edir

15 Mart 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Son aylarda Rusiyanın Ukraynada həyata keçirdiyi uğurlu əməliyyatlar və Qərbin Zelenski rejiminə göstərdiyi hərbi və maliyyə yardımlarını gecikdirməsi bölgədə təhlükəli vəziyyətin əmələ gəlməsinə səbəb olub. Qərbin Ukraynaya yardımlarını azaltması və ya dayandırması isə Ukraynanın faktiki olaraq məğlub olması anlamına gəlir. Məsələnin bu tərəfinə diqqəti çəkən Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukraynaya hərbi və maliyyə dəstəyi göstərilməyəcəyi təqdirdə Zelenski rejimi məğlub olacaq və bu, nəinki Avropanın, həm də dünyanın taleyini şübhə altında qoyacaq.

O, Ukrayna ətrafında yaranan təhlükəli vəiyyətlə əlaqədar ABŞ-ı təcili şəkildə Kiyevə yardım göstərilməsini sürətləndirməyə çağırıb.

Borrell Vaşinqtonda jurnalistlərə deyib: "Ukraynada hər şey payızdan əvvəl həll olunacaq".

Borrell əlavə etdi ki, "gələn aylar həlledici olacaq" və qeyd etdi: "Nə edilirsə, tez edilməlidir."

Oxuməni.az