İqlim dəyişikliyinin fəsadları ABŞ-da qış tirizminə ağır zərbələr vurub

İqlim dəyişikliyinin fəsadları ABŞ-da qış tirizminə ağır zərbələr vurub

15 Mart 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq aləmdə davam etməkdə olan iqlim dəyişiklikləri özü ilə demək olar bütün ölkələrə ağır maddi itkilər gətirməkdədir. Bu baxımdan dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ belə iqlim dəyişikliklərinin fəsadlarından özünü sığortalaya bilməyib. Belə ki, ABŞ-ın xizək sənayesi və ənənəvi qış kurortları son 20 ildə 5 milyard dollar itirib.

ABŞ-da artıq məsələ ilə bağlı həyacan təbili çalınmaqdadır. Məsələ ətrafında araşdırma aparan Waterloo Universitetinin əməkdaşlarının gəldiyi nəticəyə görə, hər ilin müxtəlif fəsillərində özünü göstərən iqlim dəyişilikləri gələcəkdə bəşəriyyətin taleyini təhlükə altında qoyacaq. Bu isə milyardlarla dollar itkilər, aclıqlar, xəstəliklər, su çatışmazlıqları, kütləvi şəkildə insan köçlərinə, yaşamaq uğrunda mübarizələrə gətirib çıxaracaq

Oxuməni.az