Krım Ukraynaya qaytarılmayana kimi Kiyevlə Moskva arasında sülh olmayacaq

Krım Ukraynaya qaytarılmayana kimi Kiyevlə Moskva arasında sülh olmayacaq

15 Mart 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada davam edən müharibə Kiyevlə Moskva arasında sülh axtarışı prosesinin sürətlənməsinə səbəb olub. Hələlik sülh üçün vasitəçilik missiyasını həyata keçirən dövlətlərin səyləri isə ciddi nəticə verməyib. Buna səbəb Rusiyanın işğalçılıq siyasətindən əl çəkməməsidir. Bununla belə tərəflər arasında sülh axtarışları davam edir və müxtəlif variantlar irəli sürülür. Məsələn, Fransa prezidenti Emmanuel Makron belə hesab edir ki, bolgədə sülhə ancaq Krımın Ukrayna tərkibinə qaytarılması ilə nail oluna bilər. Onun sözlərinə görə, indiki halda sülhə yalnız Ukraynanın beynəlxalq sərhədlər daxiində tanınmış sərhədlərinin bərpasına nail olmaq və Krım üzərində Kiyevin suverenliyinin əldə edilməsi ilə mümkündür.

Oxuməni.az