Yakutiyada xarici ölkə vətəndaşarı üçün qadağalar qoyulub

Yakutiyada xarici ölkə vətəndaşarı üçün qadağalar qoyulub

15 Mart 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Yakutiya-Saxa Respublikasında bölgədə işləyən bəzi miqrantlar üçün qoyulan xüsusi qadağanın müddəti uzaldılıb. Bu barədə Yakutiyanın rəhbəri Asen Nikolayev mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, taksilərdə, sərnişindaşıma vasitələrində və yük maşınlarında işləmək istəyən əcnəbilərin belə bir fəaliyyətlə məşğul olmasına icazə verilmir. Buna paralel olaraq miqrantların müxtəlif istehsal sahələrində, o cümlədən tikinti, ticarət, maşın təmiri, balıqçılıq və digər sahələrdə də işləməsinə icazə verilməyəcək.

Onu da deyək ki, qadağalar MDB məkanından olan ölkələrin vətəndaşlarına şamil edilmir. Qadağaların tətbiqindən məqsəd yerli sakinlərin işlə təmin edilməsinə imkan yaratmaqdır.

Oxuməni.az