Hərbi şəhərcik böyük şəhərə çevriləcək

Hərbi şəhərcik böyük şəhərə çevriləcək

15 Mart 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rumınya NATO gücləri üçün "Mihail Kogalniceanu" Amerika aviabazaı əsasında ən böyük şəhərcik inşa edir. Yeni şəhərciyin inşasına Rumıniya rəsmi dövlət səviyyəsində 2,5 milyard avro xərcləmək niyyətindədir. Bu məqsədlə 2300 hektar torpaq sahəsi ayrılıb.

Yerli mətbuatın yazdığına görə, şəhərciyin inşasından sonra o ən böyük şəhərə çevriləcək. Orada əsasən NATO güclərində xidmət edən hərbçilərin və onların ailə üzvlərinin yaşaması nəzərdə tutulub. Bununla belə şəhərdə inşa ediləcək mülki binalarda, ictimai-iaşə obyektlərində və müxtəlif xidmət sahələrində işləyəcək Moldova vətəndaşları da orada yaşaya biləcəklər. Şəhərdə 10 mindən çox NATO hərbçisinin yerləşdirilməsi nəzərdə tutulub. Bundan əlavə şəhərdə müasir hərbi və mülki təyyarələri qəbul edə biləcək hava limanı da fəaliyyət göstərəcək.

Oxuməni.az