Afina Ukraynaya hərbi yardım göstərəcək

Afina Ukraynaya hərbi yardım göstərəcək

16 Mart 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan Ukraynaya silah yardımı edilməsi üçün vəsait almağa hazır olduğunu bəyan edib. Bu barədə "Kathimerini" nəşrinin yaydığı məlumatda deyilir. Nəşrin iddiasına görə, bununla da Yunanıstan faktiki olaraq Çexiyaya Ukrayna üçün silah alınmasına vəsait ayıracağını bildirib. Yaxın vaxtlarda məsələ ilə bağlı tərəflər arasında məsləhətləşmələr keçiriləcək. Yunanıstan bildirib ki, Ukraynaya 2 min 127 mm-lik mərmi, 180 69,85 mm-lik mərmi, 90 min 90 mm-lik mərmi, həmçinin 4 milyon patron və 70 155 mm-lik mərmi alınması üçün vəsait ayıracaq.

Xatırladaq ki, Yunanıstan bundan əvvəl Ukraynaya piyada döyüş maşınları verib.

Oxuməni.az