Belçika Ukraynaya hərbi yardım kompaniyasına qoşulub

Belçika Ukraynaya hərbi yardım kompaniyasına qoşulub

16 Mart 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika Ukraynaya hərbi yardım göndərmək qərarına gəlib. Bu məqsədlə Belçika Ukraynaya 412 milyon avro hərbi yardım ayırıb. Yardım üç mərhələ üzrə həyata keçiriləcək. Bu barədə yerli mətbuata verdiyi açıqlamada Belçika müdafiə naziri Ludivine Dedonder deyib. Onun sözlərinə görə, ayrılan maliyyə yardımı Avropa İttifaqı ölkələrindən Ukrayna üçün alınacaq hərbi texnikaya, o cümlədən artillleriya mərmilərinə xərclənəcək.

Son məlumatlara görə, Belçika, Hollandiya və Lüksembruqun daxil olduğu Benilüks İttifaqı Ukraynaya müxtəlif təyinatlı hərbi sursatın alınmasını və çatdırılmasını birgə həyata keçiricəklər.

Belçika və Hollandiya arasında əməkdaşlıq çərçivəsində üç minaaxtaran gəmi Ukraynaya təhvil veriləcək. Belçika dəniz akademiyasında şəxsi heyət üçün əsas təlimlər keçirəcək.

Oxuməni.az