Finlandiya Ukraynaya qoşun göndərməyəcək

Finlandiya Ukraynaya qoşun göndərməyəcək

16 Mart 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Ukraynaya hərbi-texniki yardım göstərəcək, lakin döyüş bölgəsinə canlı qüvvə göndərmək niyyətində deyil. Bunu Finlandiyanın xarici işlər naziri Evelina Valtonen deyib. O, eyni zamanda Qərb ölkələrini Ukraynaya canlı qüvvə göndərməyə çağırıb. Nazır hesab edir ki, Qərb dövlətləri Ukraynada baş verə biləcək ağır nəticələrə indidən hazır olmalıdırlar və öncədən buna yol verməmək üçün oraya qoşun göndərməlidirlər.

Valtonenin sözlərinə görə, hazırda ən vacib məsələ Ukraynaya yardımın davam etdirilməsidir. O qeyd edib ki, Finlandiya Kiyevə yardım üçün ÜDM-in 0,6%-ni, ABŞ isə 0,3%-ni xərcləyib.

Oxuməni.az