Sərhədyanı ərazilərdən əhali köçürülür

Sərhədyanı ərazilərdən əhali köçürülür

16 Mart 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya təcavüzünün davam etməsi nəticəsində sərhədyanı ərazilərdə ağır vəziyyət yaranıb. Qarşı tərəfin bölgəyə endirdiyi zərbələr səbəbindən mülki əhali arasında itkilər durmadan artmaqda davam edir. Bunu nəzərə alan Ukrayna hökuməti Rusiya ilə sərhəddə yerləşən Sumı vilayətindən əhalinin köçürülməsinə başlayıb. Bu müstəvidə də son üç gündə vilayətin 22 sərhədyanı ərazisindən 5 min nəfərə yaxın əhali, o cümlədən 829 uçaq ölkənin digər daha təhlükəsiz bölgələrinə köçürülüb.

Sumi Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətləri ilə həmsərhəddir. Bölgədə tez-tez hava hücumu xəbərdarlığı edilir və səlahiyyətlilər mərmi və partlayışlar barədə məlumat verir.

Oxuməni.az