Trampın komandasında daxili çəkişmələr başlayıb

Trampın komandasında daxili çəkişmələr başlayıb

16 Mart 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın eks prezidenti Donald Trampın komandası daxilində çəkişmələr başlayıb. Bunu Trampın komandasında ona ən yaxın ikinci şəxs olan eks vitse prezident Mayk Pensin açıqlamaları da bir daha təsdiq edir. O deyib ki, növbəti prezident seçkilərində Trampı dəstəkləmək niyyətində deyil.

Pens qeyd edib ki, hazırki vəziyyətdə Trampın apardığı siyasət onu qane etmir və onlar arasında istər ölkədaxili, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə ciddi fikir ayrılıqları var. Pens xüsusi ilə Trampın Ukraynaya münasibətdə yeritdiyi siyasətin ABŞ-ın nüfuzuna zərbə vuracağını deyib. Bununla belə Pens qarşıdan gələn prezident seçkilərində Baydenə səs verməyəcəyini də vurğulayıb.

Oxuməni.az