Rusiya prezident seçkilərində Vladimir Putin qalib gəlir

Rusiya prezident seçkilərində Vladimir Putin qalib gəlir

18 Mart 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, o, 74 faizdən çox seçici fəallığı ilə 87 faizdən çox səs toplayır. Hər iki göstərici rekord həddədir.

Tərəfdarlarına müraciət edən Vladimir Putin qəfildən əsas tənqidçisi Aleksey Navalnını xatırladıb. İlk dəfə olaraq onun soyadını deyib və siyasətçinin dəyişdirilməsinə razı olduğunu bildirib.

Vladimir Putin : “Mənə inana və ya inanmaya bilərsiniz , mənimlə danışan şəxs hələ cümləsini bitirməmiş mən razıyam dedim , ancaq bir şərtlə onu dəyişəcəyik ki, o geriyə qayıtmasın . Təəssüf ki olan oldu , belə hadisələr olur , heç nə etmək olmaz".

Həbsxanada dünyasını dəyişən Navalnının tərəfdarları martın 17-də “Günorta Putinə qarşı” simvolik etiraz aksiyası keçiriblər.

Oxuməni.az