Yem çatışmazlığı və dəhşətli soyuqlar nəticəsində Monqolustanda mal-qara kütləvi şəkildə tələf olub

Yem çatışmazlığı və dəhşətli soyuqlar nəticəsində Monqolustanda mal-qara kütləvi şəkildə tələf olub

19 Mart 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Monqolustanda kənd təsərrüfatı ən fəlakətli günlərindən birini yaşayıb. Belə ki, ölkədə baş verən dəhətli soyuqlar və yem çatışmazlığı heyvanlar arasında kütləvi tələfatlara səbəb olub. Məsələ ilə bağlı Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının katibi, polkovnik Bayarhuu Tuvşinsaikxan mətbuata açıqlamasında deyib ki, aclıq və dəhşətli soyuqlar mal-qara arasında kütləvi tələfatlara səbəb olub. Onun sözlərinə görə, nəticədə 4.7 milyondan çox mal-qara tələf olub. Bu da kənd təsərrüfatı sahəsində çalışanlara 10 milyonlarla dollar zərər vurub.

Qeyd edək ki, 2023-cü ilin sonunda Monqolustanda mal-qaranın ümumi sayı 64,7 milyon baş olub.

Oxuməni.az