Rusiyada "ekstremist" qurumlara qarşı mübarizə gücləndirilib

Rusiyada "ekstremist" qurumlara qarşı mübarizə gücləndirilib

19 Mart 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ölkə daxilində etiraz dalğalarının artması ilə müşahidə olunmaqdadır. Hökumət isə belə etiraz aksiyası iştirakçılarını "ekstremist" adı altında həbsə atdırır. Bunu Kalmikiyada həbs olunan və "Məhkumların hüquqlarının müdafiəsi birliyi" təşkilatının üzvünün həbs edilməsi təsdiq edir.

Rusiyanın müvafiq qurumları tərəfindən "ekstremist" damğası vurularaq ölkə daxilində fəaliyyəti qadağan edilən adı çəkilən qurumun isə əsas günahı məhkumların hüquqlarının müdafiəsini öz üzərinə götürməsidir.

Hələlik adı və soyadı açıqlanmayan şəxsi 7-10 il müddətinə həbs cəzası gözləyir.

Bundan əvvəl məlum olmuşdu ki, Krasnoyarskda "Məhkumların hüquqlarının müdafiəsi birliyi" təşkilatının bir üzvü oxşar ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilib.

Oxuməni.az