İxtiraçı süni intellektə malik robot əsgər hazırlayıb

İxtiraçı süni intellektə malik robot əsgər hazırlayıb

19 Mart 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Heç bir ali təhsili olmayan Burhan Canpolat öz vəsaiti ilə topladığı hissələrlə süni intellekt dəstəkli pilotsuz robot əsgər hazırlayıb. İstiliyə həssas olan və insan hiss etmə xüsusiyyətlərinə malik robot 32 kilometrə qədər idarə oluna bilir. Gecə görmə xüsusiyyətlərinə malik olan silahlı robot mina məhv edən robot xüsusiyyətinə də malikdir. Canpolat bu ixtirası ilə Türkiyə Silahlı Qüvvələrinə töhfə vermək niyyətindədir.

Robotuna "TX" adını verən 50 yaşlı Canpolat robotun gecə görmə qabiliyyəti və istiliyə həssas kameraları ilə hər obyekti təsbit edə bildiyini bildirib. Canpolat, "Bu layihədə silahlı robot etdim. Robotumuz tamamilə süni intellektlə dəstəklənir və uzaqdan idarə olunur. Robotun yanında olmadan eyni anda 32 kilometr məsafəni idarə edə bilərsiniz" deyə bildirib.

Oxuməni.az