Avropada Rusiyanın diplomatlarına qarşı "persona non qrata" müharibəsi davam edir

Avropada Rusiyanın diplomatlarına qarşı "persona non qrata" müharibəsi davam edir

19 Mart 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Putinin Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra Avropada Rusiya səfirliklərinin casusluq yuvalarına çevrilməsi barədə çoxsaylı faktlar ortaya çıxıb. Nəticədə yüzlərlə rusiyalı "diplomat" arzuolunmaz şəxs elan edilib. Bu baxımdan Estoniyadakı Rusiya səfirliyinin əməkdaşlarının ölkədən qovulması diqqəti cəlb edib.

Bu gün Rusiya səfiri vəzifəsini icra edən müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib. Müvəqqəti işlər vəkilinə bildirilib ki, səfirliyin əməkdaşı diplomatik statusa sığmayan hərəkətinə görə "persona non-qrata" elan edilib
Rusiya səfirliyinin nümayəndəsinə notanı çatdıralarkən bildirilib ki, Tallin “Rusiyanın Estoniyanın müstəqilliyi və suverenliyinə qarşı yönəlmiş hərəkətlərinə dözmək niyyətində deyil”.

Oxuməni.az