Finlandiyanın Ukraynaya hərbi yardımları davam edəcək

Finlandiyanın Ukraynaya hərbi yardımları davam edəcək

19 Mart 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya tərəfindən hərbi təcavüzə və işğala məruz qalan Ukraynaya ilk günlərdən hərbi yardım göstərən Finlandiya bu istiqamətdə daha bir addım atıb. Belə ki, Finlandıya rəsmi şəkildə Ukraynaya döyüş qayıqları bağışladığını bəyan edib. Hələlik Helsinki qayıqların sayı barədə məlumat verməyib. Qayıqların Rumıniya vasitəsi ilə Ukraynaya çatdırılacağı gözlənilir.

Öz növbəsində Finlandiyanın "Yle" nəşri yazıb ki, hazırda Rumıniya qayıqları idarə edə bilməsi üçün 50 nəfərə yaxın Ukrayna əsgərinə təlim keçir.

Finlandiya rəsmi şəkildə bəyan edib ki, Ukraynaya hərbi yardımlar gələcəkdə də davam etdiriləcək.

Oxuməni.az