Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır

Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır

22 Mart 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Qırmızı dənizdə baş verənlərə münasibətdə beynəlxalq hüquq normaları çərçivəsində çıxış etməyin tərəfdarıdır və bunu dəstəkləyir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsi BMT səviyyəsində beynəlxalq sularda gəmilərin təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynamaq niyyətindədir və digər ölkələri də buna çağırır.

Lin Jian qeyd edib ki, Qırmızı dəniz mülki və ticarət gəmilərinin hərəkəti baxımından mühüm strateji önəm daşıyır və orada bütün nəqliyyat gəmilərinin təhlükəsiz hərəkətinə imkan yaradılmalıdır.
Diplomat vurğulayıb ki, ÇXR “konstruktiv rol oynamağa davam edəcək və Qırmızı dənizdə sülhün və sabitliyin tezliklə bərpasına töhfə verəcək”.

Oxuməni.az