Samarada neft emalı zavodu yanır

Samarada neft emalı zavodu yanır

23 Mart 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ukranyaya aid olduğu ehtimal edilən pilotsuz uşan aparatlarının növbəti hədəfi Samara bölgəsindəki neft emalı zavodları olub. Pilotsuz uşan aparatlarının Kuybışev Neft Emalı Zavoduna endirdiyi zərbə nəticəsində yanğın baş verib.

Bununla bağlı Samara vilayətinin qubernatoru Dmitri Azarovun mətbuata verdiyi açıqlamaya görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinə məxsus yanğınsöndürən maşınlar cəlb edilib. Onun sözlərinə görə hələlik hadisə zamanı ölən və yaralananlar qeydə alınmayıb.

Onu da deyək ki, son vaxtlar Ukraynaya məxsus pilotsuz uçuş aparatları tərəfindən Rusiyanın çoxsaylı neft emalı zavodlarına hücumlar edilib.

Oxuməni.az