Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

24 Mart 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiyada keçirilən prezident seçkilərinin birinci turunun iştirakçılarından heç biri 50%-dən çox səs toplaya bilməyib, ona görə də ölkəni aprelin 6-da seçkilərin ikinci turu gözləyir.

Slovakiyanın Statistika İdarəsinin verdiyi məlumata görə, ilk turun lideri Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korcokdur, bülletenlərin 97%-nin işlənməsinin nəticələrinə əsasən, o, 41,72% səs toplayıb. İlk turda favorit sayılan Slovakiya parlamentinin sədri, hakim koalisiyaya daxil olan “Slovak Glas” partiyasının namizədi Peter Pelleqrini seçicilərin 37,53 faizinin dəstəyini qazanıb.

Seçkilərdə o vaxt mövcud olan məlumatlara görə, seçici fəallığı 51,5% təşkil edib.

Statistika idarəsinin məlumatına görə, şənbə günü keçirilən seçkilərdə 4,33 milyondan çox insanın səsvermə hüququ olub ki, onlar üçün 5,9 min seçki məntəqəsi açıq olub.

Slovakiya prezidenti ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir.

Prezidentliyə 9 namizəd mübarizə aparıb. Slovakiya tarixində ilk qadın prezident, 2019-cu ildən bu vəzifədə çalışan Zuzana Çaputova hazırkı seçkilərdə iştirak etməmək qərarına gəlib.

Prezident seçkilərinin birinci turunun yekun nəticələri Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edildikdən sonra martın 24-də məlum olmalıdır.

Oxuməni.az