2 milyon avtomobil təkərinin niyə okeanın dibinə atılmasının səbəbi

2 milyon avtomobil təkərinin niyə okeanın dibinə atılmasının səbəbi

25 Mart 18:10
Bəyəndim (0) Bəyənmədim (0)

2 milyon avtomobil təkərinin niyə okeanın dibinə atılmasının səbəbi nədir?

Yəqin ki, bunun dəniz ekosistemini məhv etmək istəyən biri tərəfindən edildiyini düşünürsünüz. ABŞ-ın Florida ştatındakı Fort Lauderdale şəhərinin büllur suları altında “yaxşı niyyətlə” verilən pis qərarların konkret nümunəsi yatır.

Hələ rezini təkrar emal etmək mümkün olmadığı zamanda bir çox ölkələr dənizlərə təkərlər tökərək süni qayalar yaratmağa başlayıblar.

Ekoloqlar və sahibkarlar dəniz canlılarına yeni sığınacaqlar təklif etməklə yanaşı, dalğıcları və turistləri cəlb etməyi qarşılarına məqsəd qoyublar.

Layihənin məqsədi mərcanların yenidən böyüməsi üçün zəmin yaratmaqla yanaşı, təkər tullantıları problemini də həll etmək idi. Yerli hakimiyyət orqanlarından və hökumətdən dəstək alanlar bu layihənin hər kəsə fayda verəcəyini düşünüblər.

Təkərlər zamanla paslanan polad bağlardan ayrılaraq okeanda sərbəst şəkildə dağılmağa başlayıb.

İllər keçdikcə bu ekoloji fəlakətə gəlib çatıb. Mübarizə üçün təcili tədbirlər tələb olunub. 2001-ci ildə başlanmış təmizləmə əməliyyatı təəssüf ki, yüksək xərclərlə məhdudlaşıb. 2007-ci ildə hərbi dalğıcların iştirakı ilə təkərlərin bir hissəsi uğurla çıxarılaraq təkrar emal edilib.

İllərlə davam edən səylərə baxmayaraq, yüz minlərlə təkər hələ də okeanın dibində qalır və zərərin aradan qaldırılması üçün mübarizə davam edir...

Oxuməni.az