İslandiyada püskürən vulkan Avropa  üçün təhlükə əmələ gətirib

İslandiyada püskürən vulkan Avropa üçün təhlükə əmələ gətirib

25 Mart 18:48
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 17-də İslandiyada püskürən vulkan havaya təhlükəli həcmdə zəhərli kükürd qazının atılmasına səbəb olub. Bu isə Avropada həyacanla qarşılanıb. Məsələ ilə bağlı Kopernik Atmosfer Monitorinq Xidmətinin (CAMS) araşdırmasına görə zəhərli hava kütləsi Avropaya doğru hərəkət edir.

5 kilometr hündürlüyündə toplaşan zəhərli qaz kütləsinin Avropa üzərində havanın zəhərlənməsinə səbəb olacağı və bunun insanların sağlamlığını təhlükə altında qoyacağı proqnozlaşdırılır. Belə ki, zəhərli hava ilə nəfəs alan insanlarda bu amil bəzi narahatlıqlara gətirib çıxaracaq.

Alimlər eyni zamanda ehtiyat edirlər ki, zəhərli bulud Yer səthini günəşdən gələn ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsinə dağıdıcı təsir və daha ciddi fəsadlara gətirib çıxara bilər.

Oxuməni.az