Tayvan Çindən gələn hərbi təhlükəyə qarşı ordusunu gücləndırır

Tayvan Çindən gələn hərbi təhlükəyə qarşı ordusunu gücləndırır

26 Mart 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin hərbi təhlükəsi qarşısında qalan Tayvan ordusunu buna nazırlamaqda davam edir. Bu çərçivədə də Tayvan Müdafiə nazirliyi müasir döyüş təyyarələri, "Patriot" hava hücumlarından müdafiə sistemlərindən istifadə etməklə geniş hərbi təlimlər keçirib. Hərbi təlimlərə eyni zamanda adada olan Amerikanın hərbi və yerüstü gücləri də cəlb edilib.

Bununla bağlı Tayvan Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyilir ki, Çindən gələn hərbi təhlükə qarşısında ordumuzun müdafiə qabiliyyətini artırmaq üçün müttəfiqimiz ABŞ-ın da iştirakı etdiyi müasir hərbi qırıcı təyyarələrin, həmçinin yerüstü hava hücumundan müdafiə sistemlərinin də iştirakı ilə hərbi təlimlər keçirdik. Uğurla keçirilən hərbi təlimlər göstərdi ki, düşmənin istənilən hücumunu dəf etməyə hazırıq.

Oxuməni.az