Ərdoğanın ABŞ-a səfəri planlaşdırılıb

Ərdoğanın ABŞ-a səfəri planlaşdırılıb

26 Mart 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayının ilk həftəsində ABŞ-a səfər edə və orada prezident Baydenlə görüşə bilər. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat verib. Nəşrin yazdığına görə, Ərdoğanın təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Baydenın köməkçisi Ceyk Sallivan arasında keçirilən görüşdə bu barədə ilkin razılıq əldə edilib. Sallivanla Kılıc arasında məsləhətləşmələr zamanı Baydenlə Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə ediləcək bəzi məsələlər barədə də fikir mübadiləsi edilib. Həmçinin Əradoğanın ABŞ-a səfərinin tarixi barədə də təxmini vaxtın müəyyən edildiyi gələn məlumatlar arasındadır.

Oxuməni.az