Baltimorda baş verən faciədə itkin düşənlər axtarılır

Baltimorda baş verən faciədə itkin düşənlər axtarılır

26 Mart 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Bakı vaxtı ilə saat 10.30-da Baltimordakı Frensis Skott Key körpüsünün uçması faciə ilə nəticələnib. Nəticədə Patapsko çayına insanların düşdüyü məlum olub. Hadisə yerinə cəlb edilən xilasedicilər çaydan 2 nəfəri xilas edə bilib.

Qəzaya səbəb konteyner gəmisinin istiqamətini itirərək körpüyə çırpilması olub. Nəticədə körpünü saxlayan dirəklər uçub və həmin vaxt onun üzərində olan nəqliyyat vasitələri olduqca iti axan çaya tökülüblər.

Bu barədə məlumat verən şəhər yanğınsöndürmə idarəsi Kevin Kartrayt CNN-ə bildirib ki, körpünün uçması nəticəsində çaya düşən 20 nəfər axtarılır. Onun sözlərinə görə, hava soyuq olduğundan xilasedicilərin çayda axtarış etməsi çətinləşib.

Hazırda dalğıclar çətinliklə də olsa axtarışları davam etdirirlər.

Oxuməni.az