Çexiyanın təhlükəsizliyinə  ən böyük təhdid Rusiyadan gəlir

Çexiyanın təhlükəsizliyinə ən böyük təhdid Rusiyadan gəlir

26 Mart 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın təcavüzkar və işğalçılıq siyasətini davam etdirməsi Çexiyada narahatlıqla qarşılanmaqdadır. Bunu Çexiya prezidenti Petr Pavelin açıqlaması da təsdiq etməkdədir. O bildirib ki, indiki vəziyyətdə Çexiyanın təhlükəsizliyini normal hesab etmək olmaz. Prezident əks-kəşfiyyatın başçısı Mixal Koudelka ilə görüşdən sonra təhlükəsizliklə bağlı məsələnin hətta pisləşəcəyini istisna etmədiyini də söyləyib.

Mixail Koudeka mövcud vəziyyəti analiz edərək Çexiyaya ən böyük təhdidin Rusiyadan gəldiyini də xüsusi vurğulayıb. Onun sözlərinə görə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və onun nəticələri Çexiya üçün yaxşı heç nə vəd etmir.

Oxuməni.az