Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçisi öldürülüb

Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçisi öldürülüb

26 Mart 19:07
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Suriyanın Deyr əz-Zor bölgəsində terrorçuların düşərgəsinə endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçisi ğldürülüb. Bu məlumatı İranın Suriyadakı səfirliyi də təsdiq edib. Səfirlikdən verilən məlumata görə, SEPAH əsgəri Behrouz Vahidi ABŞ tərəfindən endirilən zərbədən həlak olub. Öz növbəsində SNN telekanalı da SEPAH-ın müşaviri vəzifəsini həyata keçirən Vahidinin həlak olduğunu bəyan edib.

Xatırladaq ki, martın 26-da gecə ABŞ hərbi hava qüvvələri Suriyanın Deyr əz-Zprdakı terrorçu qrupların mövqelərinə zərbələr endirib.

Oxuməni.az